Almaniyada karantin rejiminin müddəti uzadılıb

Almaniyada karantin rejiminin müddəti martın 28-dək uzadılıb.

AzerTimes-ın məlumatına görə, bunu Berlində keçirilən mətbuat konfransı zamanı ölkənin kansleri Angela Merkel deyib.

A.Merkel bildirib: “Biz lokdaunun ləğv edilməsi üçün addımlar atmalıyıq, lakin diqqət etməliyik ki, bu addımlar bizi geri aparmasın. 2021-ci ildə bahar 2020-ci ilə nisbətən fərqli olacaq”.


Onun sözlərinə görə, indi bəşəriyyət koronavirus haqqında ilk dalğadakından daha çox şey bilir, bu isə daha uyğun yanaşma imkanı verir.