Alman səlahiyyətliləri sərt karantin tədbirlərinin fevral ayının ortalarına qədər uzadılmasına qərar verdi.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə federal kansler Angela Merkel federal dövlətlərin başçıları ilə danışıqlardan sonra elan edib.
“Tədbirləri 14 fevrala qədər uzatmalıyıq”, – kansler deyib. A.Merkel virusa yoluxanların sayının azalmasının “ümid üçün səbəb olduğunu”, lakin yeni koronavirus ştammının müəyyən təhlükə yaratdığını, və bu səbəbdən məhdudiyyətlərin hələ də davam etdirməyin vacibliyini bildirib.