Almaniyada 2022-ci ildə ortalama inflyasiya 7,9% təşkil edib. Bu isə ölkədə 1951-ci ildən sonra ən yüksək səviyyədir.
AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, Almaniyada 2022-ci ilin noyabrında 10 faiz olan illik inflyasiya hökumətin istilik xərclərini ödəməsinə görə dekabrda 8,6 faizə enib.