Almaniyada 101 yaşlı qadın ölkənin koronavirus əleyhinə peyvənd edilən ilk sakini olub.
Yenicag.az xəbər verir ki, bu barədə “Bild” nəşri bildirib.
Məlumata görə, ona “Pfizer”/”BioNTech” şirkətlərinin vaksini vurulub. Qeyd edək ki, Almaniyada kütləvi peyvənd dekabrın 27-də başlayacaq.
Nəşr yazıb ki, ilk peyvənd edilən qadın Edit Kvoyzalladır. O, Saksoniya-Anxalt federal ərazisindən, Xalberştadtdandır./Report/
www.yenicag.az