Almaniyada koronavirusla bağlı vəziyyəti o qədər ağırdır ki, peyvənd edilmiş insanlar da daxil olmaqla, qapanma istisna edilmir.
AzerTimes-ın məlumatına görə, bunu Almaniyanın Səhiyyə naziri vəzifələrini icra edən Yens Span söyləyib.
O xatırladıb ki, Avstriya bazar ertəsindən etibarən qapanmalar tətbiq edəcək.
“İndi biz el bir vəziyyətdəyik ki, heç nəyi istisna etmək olmaz”, – deyə Span əlavə edib.