Almaniyada havanın temperaturu rekord dərəcədə artdı

Almaniyada bir həftə ərzində havanın temperaturu rekord dərəcədə artıb ​​- ölkənin bir sıra bölgələrində artım 40 dərəcəni ötüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Almaniyanın Metereologiya Xidmətindən bildiriblər.

Məlumata əsasən, Qöttinqen şəhərində fevralın 14-ü havanın temperaturu 23,8 dərəcə şaxta olmasına baxmayaraq, artıq fevralın 21-i havanın temperaturu 18,1 dərəcə isti olub. Bir həftə ərzində havanın temperaturu 41,9 dərəcə artıb.


Bildirilir ki, Almaniyada son dəfə bir həftə ərzində havanın temperaturunun artması ilə bağlı rekord 1880-ci ildə qeydə alınıb (bir həftə ərzində havanın temperaturu 41 dərəcə artıb).