Almaniyada elektrik enerjisi və ərzaq qiymətləri artmaqda davam edir

Almaniyada elektrik enerjisi və ərzaq qiymətləri artmaqda davam
edir.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, ölkədə ortalama
rüblük qiymət artımı 6,2 faiz təşkil edib. O cümlədən çörəyin
qiyməti 7,1 faiz, kərə yağının – 30 faiz artıb. Ümumlikdə mart
ayında inflyasiya 7,3 faiz səviyyəsində qərarlaşıb.

Qeyd olunur ki, istehlakçıya qədər olan tədarük zəncirində
qiymətlərin artımı xüsusi narahatlıq yaradır.

Belə ki, ötən ilin fevral ayı ilə müqayisədə istehsalçılar
taxılın qiymətini 33 faiz, kartofun qiymətini – 88 faiz, südün
qiymətini isə 30 faiz qaldırıblar.

Teqlər: