Almaniyada güclü daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, təbii fəlakət ilkin olaraq və ən çox Şimali Reyn-Vestfaliya və Reynland-Pfalz bölgələrinə təsirini göstərib.
Daha əvvəl fəlakət qurbanlarının sayı 141 nəfər olaraq bildirilib.