Almaniyada çevrilişə cəhd: 25 ekstremist saxlanıldı

Almaniyada çevrilişə cəhd: 25 ekstremist saxlanıldı

Almaniya polisi Bundestaqa (Almaniya parlamenti – red.) basqın etməyi planlaşdıran sağçı ekstremistlərə qarşı genişmiqyaslı əməliyyat keçirir.

AzerTimes xəbər verir ki, bu barədə “Spiegel” jurnalı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, alman polisinin xüsusi təyinatlı dəstələri eyni vaxtda 11 federal ərazidə fəaliyyətə keçib:

“Almaniya Baş prokuroru və federal kriminal polis idarəsi sağçı terror təşkilatının üzvü olan, ona dəstək verən 25 şəxsi saxlayıb. 130-dan çox ev, ofis və digər binalarda axtarış aparılır. Şübhəlilərin planları arasında xüsusilə “Bundestaqa silahlı basqın və siyasətçilərin saxlanması”nın olduğu vurğulanır”.

Qeyd olunur ki, həmin şəxslər dövlət çevrilişi etməyi planlaşdırıblar.

Teqlər: