Almaniyada Almaniya üçün Alternativ Partiyasına qarşı kütləvi etirazlar keçirilir.
AzerTimes xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Məlumata görə, aksiya ölkənin müxtəlif ərazilərində baş tutub:
“Limburqda 2800, Hannoverdə isə 35 minə yaxın insan etiraz aksiyasına çıxıb. Bu gün ölkənin 100 yerində etiraz aksiyaları keçirilib, bazar günü isə Berlin, Köln və Münhendə nümayişlər keçiriləcək”, – məlumatda deyilir.
Qeyd edək ki, aksiyalara səbəb sözügedən partiya ətrafında yaranan qalmaqal olub.
Jurnalistlər öyrəniblər ki, partiya üzvləri Almaniyadan qaçqın və əcnəbilərin çıxarılması planlarını neonasistlər və sağçı radikallarla gizli müzakirə ediblər.