Xəbər verdiyimiz kimi, bu gün Türkiyə millisi ilə Niderland millisi arasında Avropa çempionatının 1/4 final oyunu keçiriləcək.
AzerTimes xəbər verir ki, matça gedən türk azarkeşlər Bozqurd işarəsi tutduğu üçün alman polisləri yürüşü dayandırıb.
Məlumata görə, polislər azarkeşlər üçün nəzərdə tutulan fanzonanı da müvəqqəti olaraq bağlayıblar.
Berlin Polis İdarəsi rəsmi açıqlama verərək bildirib ki, azarkeşlərə “Bozqurd” tutmağın qadağan olması ilə bağlı xəbərdarlıq edilib.