Almaniyanın Ler şəhərində (Aşağı Saksoniya federal torpağında) “Dəhşətlər yolu” attraksionunda baş verən güclü yanğın nəticəsində 11 nəfər xəsarət alıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Üç nəfər xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, hadisə hər il qeyd edilən xalq bayramında qeydə alınıb.