Almaniyanın xarici işlər naziri Hayko Maas sabah Türkiyəyə işgüzar səfərə gələcək.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildiriblər.
Qarşıdakı görüşlərdə, iki ölkə arasındakı və Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələrdən əlavə, regional məsələlərin, xüsusilə Əfqanıstanda baş verən hadisələrin, müzakirə ediləcəyi gözlənilir.