Almaniya və Fransadan İranla bağlı çağırış

Almaniya və Fransadan İranla bağlı çağırış

Fransa və Almaniya öz vətəndaşlarına İranda qalmamağı məsləhət görüb.

AzerTimes xəbər verir ki, müraciətdə İranın İsrailə aprelin 13-dən 14-nə keçən gecə hücum etməsindən sonra hərbi eskalasiya təhlükəsini nəzərə alaraq, vətəndaşlarına İranı tərk etmələri tövsiyə edilib.

Eyni zamanda ölkə daxilində insanların kütləvi toplaşdığı məkanlardan uzaq olmaq çağırışı da edilib.

“İran, Livan, İsrail və Fələstin ərazilərinə səfərdən qəti şəkildə çəkinmələri tövsiyə olunur”, – müraciətdə bildirilib.

Teqlər: