Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa ölkələrində leysan yağıntılarının törətdiyi daşqınlar nəticəsində həlak olanların sayı 90 nəfəri ötüb.
AzerTimes-ın məlumatına görə, Almaniyada ölənlərin sayı 81 nəfər çatıb.
50 nəfər Reynland-Pfalts, 30 nəfər isə Şimali Reyn-Vestfaliya federal torpağında həyatını itirib.
Təbiət hadisəsi nəticəsində itkin düşənlərin sayının minə yaxın olduğu ehtimal edilir.
Qeyd edək ki, daşqınlar Belçika və Niderlandda da ciddi fəsadlar törədib. Belçikada 11 nəfərin həlak olduğu bildirilib.