Almaniya kansleri Olaf Şoltsla ABŞ Prezidenti Co Bayden telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi haqqında razılığa gəliblər.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.
Liderlər Donbasda keçirilən “referendumlar”ı pisləyiblər.
Bayden və Şolts danışıqlar zamanı bununla bağlı BMT Nizamnaməsinin prinsiplərinin ciddi şəkildə pozulmasına işarə ediblər.
Tərəflər, həmçinin Rusiyanı döyüş əməliyyatlarını dayandırmağa və silahlı qüvvələrini Ukraynanın bütün ərazisindən tamamilə çıxarmağa çağırıblar. Onlar vurğulayıblar ki, Birləşmiş Ştatlarla Almaniya suverenlik və ərazi bütövlüyü uğrunda Ukraynanı dəstəkləməyə davam edəcək.