Almaniya növbəti ildə Ukraynaya hərbi yardımı iki dəfə artırmağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Bild” nəşri Almaniya Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat dərc edib.
Məlumata görə, hökumətin Ukraynaya yardımı 4 milyarddan 8 milyarda artırılacaq.
Qeyd olunub ki, Bundestaqın Büdcə Komitəsi müvafiq dəyişiklikləri gələn həftə nəzərdən keçirmək niyyətindədir.