Almaniya Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır – XİN

Almaniya Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın
XİN başçısı Annalena Burbok bildirib.

Nazir ölkəsinin hazırkı vəziyyətdə Ukraynanı tam, o cümlədən
sülh danışıqları kontekstində dəstəklədiyini vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Almaniya kansleri Olaf Şolts Ukrayna
prezidenti Vladimir Zelenski ilə telefon danışığında rəsmi Berlinin
lazım gələrsə, Ukraynanın təhlükəsizliyinin təminatçısı kimi çıxış
etməyə hazır olduğunu bildirib.

Teqlər: