Almaniya qışda Ukraynaya İRİS-T-dən əlavə “Patriot” hava hücumundan müdafiə sistemi də verəcək.
AzerTimes xəbər verir ki, bunu Almaniyanın Ukraynadakı səfiri Martin Yeger deyib.
“Qışda vəziyyət çox çətinləşə bilər. Ukrayna tərəfi bu vəziyyətə hazırlaşmaq üçün əlindən gələni etdi və biz də kömək etdik. Mən artıq hava hücumundan müdafiəyə dəstəyimizdən danışmışam. Sözügedən İRİS-T sistemlərindən əlavə, qışda Almaniyadan daha bir “Patriot” sistemi gətiriləcək”, – səfir bildirib.