Almaniya Ukraynaya 2,7 milyard avro dəyərində hərbi yardım hazırlayır.
AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.
“Rusiyanın Ukrayna xalqına qarşı qeyri-qanuni müharibəsinə son qoyulması hələ gözlənilən deyil. Buna görə də Almaniya Ukraynaya hərbi yardım göstərməkdə davam edir”, – Pistorius deyib.