Almaniya hökuməti “Rheinmetall” şirkətinə Ukraynaya daha 40 ədəd “Marder” piyadaların döyüş maşınını tədarük etməyi tapşırıb.
AzerTimes xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Məlumata görə, Almaniya hökuməti sifarişi 2023-cü ilin avqustunda verib.
Bununla da Almaniyanın Ukraynaya göndərdiyi “Marder”lərin sayı 80-ə çatacaq.