Almaniya Ukraynaya “Leopard 1” tanklarının tədarükünü artıracaq.
AzerTimes xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.
“Biz sıradan çıxan hər tankı dəyişə bilmərik, amma iyul ayından “Leopard 1 A5” tanklarının tədarükünü artıracağıq”, – Pistorius bildirib.
Onun sözlərinə görə, ilin sonuna kimi Ukrayna ordusuna 100-dən çox tank göndəriləcək.