Almaniya Ukraynaya çoxlu sayda silah və sursat söz verib.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev deyib.
“Bizə birbaşa danışıqlarda çoxlu sayda silah və sursat söz verdilər. Adları isə vaxtı gələndə açıqlayacağıq”, – səfir bildirib.
Makeyevin sözlərinə görə, Ukrayna ordusuna cəbhədə hava hüscumundan müdafiə sistemləri, özüyeriyən haubitsalar, “Hepard” zenit kompleksləri və sursatlar lazımdır:
“Bundan başqa, “Marder” PDM-ləri və “Leopard” tanklarının tədarükü ilə bağlı danışıqlar davam edir. Sadəcə federal hökumətin qərarı qalır”.