Almaniya: Ukraynaya belə yardım edə bilmərik!

Almaniya: Ukraynaya belə yardım edə bilmərik!

Qərb Ukraynaya hərbi müdaxilə yolu ilə yardım edə bilməz.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

“Ukraynanın döyüş gedən ərazilərindən humanitar dəhlizlərə zəmanət verəcəyimizlə bağlı söz vermək istərdim. Lakin biz bunu təmin edə bilmərik. Belə vəd hərbi tədbirlərlə dəstəklənməlidir. Yaxşı xarici siyasət o deməkdir ki, sinəniz qaynayanda belə soyuqqanlı davranırsınız. Heç nə edə bilməyəndə dözmək bəzən xarici siyasətin qəddarlığıdır”, – deyə nazir bildirib.

Teqlər: