Almaniya Ukraynaya 54 ədəd “Vektor” kəşfiyyat PUA-sı, çoxfunksiyalı havadan müşahidə və hava hədəflərinin məhvi üçün TRML-4D radiolokasiya sistemi və iki “Biber” tank şassisi konstruksiyası daxil olmaqla, yeni hərbi texnika partiyası göndərib.
Axar.za xəbər verir ki, bu barədə Almaniya hökumətinin məlumatında deyilir.
Bundan əlavə, Berlin Kiyevə üç mobil və mühafizə olunan minatəmizləmə avadanlığı, sərhədçilər üçün altı maşın, 15 yük maşını (mikroavtobuslar daxil olmaqla), səkkiz “Zetros” yük maşını və 34 pikap göndərib.