Almaniya Ukraynaya növbəti hərbi yardım paketi yollayıb.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Yeni hərbi yardım paketinə bunlar daxil edilib:
22 ədəd “Leopard 1A5” tankı;
22 ədəd MRAP hərbi avtomobili;
5 ədəd tırtıllı “Bandvagn 206” maşınları;
1 ədəd “Vartlog” tırtıllı transportyor;
3 ədəd özüyeriyən “Gepard” zenit qurğusu;
2 ədəd TRML-4D hava müşahidəsi üçün radiolokasiya stansiyası;
10 ədəd MG3 pulemyotları (500 ehtiyat lüləsi ilə);
12 ədəd PzH 2000 haubitsaları;
Atıcı silahlar üçün 1 milyon patron;
61 min ədəd 155 mm-lik mərmi;
30 ədəd “Vektor” kəşfiyyat PUA-sı (ehtiyat hissələri ilə birlikdə);
20 ədəd “RQ-35 Heidrun” PUA-sı;
12 ədəd “Songbird” PUA-sı;
20 ədəd suüstü dron;
6 ədəd “Hornet XR” PUA-sı;
3 ədəd “Beaver” körpüsalan tank (ehtiyat hissələri ilə birlikdə);
1 ədəd “Dachs” zirehli istehkam maşını;
6 ədəd minatəmizləyən “Visent” tankı (ehtiyat hissələri ilə birlikdə);
16 yerüstü müşahidə radiolokasiya stansiyası;
112 ədəd avtomobil.