Almaniya: Ukraynanın AB-yə yolu çox çətin olacaq!

Almaniya: Ukraynanın AB-yə yolu çox çətin olacaq!

Ukraynanın Avropa Birliyinə yolu uzun və çətin olacaq, hərçənd AB rəhbərliyi milli qanunvericiliyin dəyişdirilməsində Kiyevi dəstəkləyir.

AzerTimes xəbər verir ki, bu sözləri Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

“Ukraynalılar gələcəyi Avropada, Avropa Birliyində görürlər. Orada yol hələ uzun və əlbəttə ki, bəzən çətin olacaq, lakin biz Ukraynanın hüquq sistemi və standartlarının AB standartlarına uyğunlaşdırılması prosesində əlimizdən gələni edirik, bununla da üzvlük üçün yolun önünü açırıq”, – deyə XİN rəhbəri bildirib.

Teqlər: