Kiyevin planlaşdırdığı əks-hücum əməliyyatı ərəfəsində alman təlimatçıları Ukrayna qoşunlarına təlimlər keçir.
AzerTimes xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, təlimlər Almaniya ərazisində aparılır. Ukrayna hərbçiləri yaşayış məntəqələrində döyüş təlimi keçirlər. Eləcə də alman hərbi bazalarında “Leopard 2” tankları və “Panzerhaubitze 2000” özüyeriyən artilleriya sistemlərinin idarəetməsi də öyrədilir.
Nəşr bildirib ki, alman bazalarında ümumilikdə 1000-dən çox ukraynalı hərbçi təlim keçir.