Almaniya Ukraynaya yeni hərbi yardım paketi hazırlayır.
AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorus məlumat verib.
Yeni paketə bunlar daxildir:
IRIS-T SLM orta mənzilli raket əleyhinə sistemlər və “Gepard” zenit qurğusu,
Artilleriya sistemləri və 230 mindən çox mərmi;
80-dən çox Leopard 1 A5 tankı;
Piyada döyüş maşınları;
450 zirehli maşın;
Mühəndislik vasitələri, həmçinin mina təmizləmə sistemləri;
Dronlar;
Radar və kəşfiyyat sistemləri.
Bundan əlavə, 2024-cü ildə Almaniya 10 min ukraynalı hərbçinin təlimini təşkil etməyi planlaşdırır.