Almaniya təsdiqlədi: Bu silahlar Ukraynaya göndərilir

Almaniya təsdiqlədi: Bu silahlar Ukraynaya göndərilir

Almaniya hökuməti Ukraynaya 30 ədəd “Hepard” özüyeriyən zenit qurğusu, 3 ədəd “Mars” reaktiv yaylım atəş sistemi və IRIS-T hava hücumundan müdafiə sistemləri göndərmək planlarını rəsmən təsdiqləyib.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.

Bundan başqa Almaniya Ukraynaya 54 ədəd M113 PDM-ləri (Bu texnika Almaniyanın maliyyəsi ilə Danimarkadan göndəriləcək – red), 7 ədəd “Pzh 2000” haubitsaları, 32 ədəd kəşfiyyat dronu, antidron aparatlar, 5 min dəbilqə, atıcı silahlar üçün 5.8 milyon sursat və 10 min ədəd artilleriya mərmiləri göndərəcək.

Teqlər: