Növbəti il Almaniya iqtisadiyyatı tənəzzüldən qaça bilməyəcək. Lakin bu o demək deyil ki, ölkə dərin maliyyə böhranına girəcək.
AzerTimes xəbər verir ki, bunu “Döyç Bank”ın rəhbəri Kristian Zevinq deyib.
“2023-cü ildə tənəzzüldən qaça bilməyəcəyik. Lakin tənəzzül depressiya demək deyil. Ən əsası Almaniyanın bu tənəzzüldən tez bir zamanda çıxmasıdır”, – bank rəhbəri qeyd edib.