Bundestaqdakı əsas fraksiyalar Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin verilməsi ilə bağlı konsensusa gəliblər.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Yeqor Çernev deyib.
“Bu raketlər 500 kilometr uçuş məsafəsinə malikdir və Krımın cənub sahilləri də daxil olmaqla bütün işğal olunmuş əraziləri əhatə edə bilir. Rəsmi qərarı gözləyirik”, – deputat bildirib.