Almaniya şirkətləri yaşıl enerji üzrə mühüm tərəfdaşlarımız ola bilər – Nazir

Berlində Azərbaycan-Almaniya gələcək enerji tərəfdaşlığı
müzakirə olunub.

AzerTimes-ın məlumatına görə, bu
barədə energetika naziri Pərviz Şahbazov “Twitter” səhifəsində
bildirib.

“Berlində Azərbaycan-Almaniya gələcək enerji tərəfdaşlığı üçün
Külək Enerjisi Assosiasiyası, Enerji Agentliyi, Şərqi Biznes
Assosiasiyası və Sənayelər Federasiyasının iştirakı ilə məhsuldar
dəyirmi masa keçirildi. Almaniya şirkətləri yaşıl enerji üzrə mühüm
tərəfdaşlarımız ola bilərlər”, – nazir qeyd edib.

Teqlər: