Almaniya şirkəti Bakı NEZ üçün kompressor qurğuları tədarük edəcək

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

Almaniyanın “GEA Refrigeration Technologies” şirkəti Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) emal olunmuş qaz üçün GEA kompressor qurğuları tədarük edəcək,

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Vint kompressor sistemləri NEZ-in modernləşdirilməsi proqramı üçün hazırlanıb.

Qeyd edək ki, koronavirus pandemiyası Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi üzrə iş cədvəlinə ciddi təsir göstərib. İşlərin yenilənmiş cədvəli əsas podratçılarla yekun razılaşdırma mərhələsindədir.

Teqlər: