Almaniya “Şimal axını 2” boru kəmərinin sertifikasiyasını dayandırmağı qərara alıb

“Şimal axını 2” boru kəmərinin sertifikasiyası dayandırılacaq və
Almaniya Maliyyə Nazirliyinə bununla bağlı müvafiq tapşırıqlar
veriləcək.

Trend-in
məlumatına görə, bunu Almaniya kansleri Olaf Şolts deyib.

Onun sözlərinə görə, Rusiyanın qondarma “DXR” və “LXR”i
tanımasına reaksiya məqsədyönlü və birləşmiş olacaq, Moskvanın
addımları isə nəticəsiz qalmayacaq.


O.Şolts Rusiyanın “DXR” və “LXR”i tanıması qərarını “beynəlxalq
hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulması”
adlandırıb.

“Bununla yanaşı, Almaniya “Normandiya formatı”nı vacib hesab
edir və Fransa ilə birgə bu formatı istifadə etməkdə davam edəcək”,
– deyə o bildirib.