Almaniya SEPAH-ı terror təşkilatı elan edə bilər

Almaniya SEPAH-ı terror təşkilatı elan edə bilər

Avropa Birliyində Almaniyanın xarici işlər naziri olaraq, müxtəlif sanksiya rejimləri altında yüzlərlə məsul şəxsə qarşı sanksiya tətbiq etmişik.

AzerTimes xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) barədə danışarkən deyib.

“Düsseldorf Ali Məhkəməsinin qərarından sonra bizə hüquqi əsas yaranıb ki, SEPAH-ı terrorçular siyahısına salaq”, – Berbok bildirib.

Qeyd edək ki, daha öncə Almaniya öz ərazisindəki İranın bütün baş konsulluqlarını bağlayıb.

Teqlər: