Almaniya Rusiyanın 720 milyonunu müsadirə edir

Almaniya Rusiyanın 720 milyonunu müsadirə edir

Almaniya Baş Prokurorluğu Rusiyanın dondurulmuş 720 milyon avrodan çox pulunu müsadirə etmək istəyir.

AzerTimes xəbər verir ki, bu barədə “Şpigel” nəşri yazıb.

“Bu pullar sanksiyaya məruz qalmış adı çəkilməyən rus şirkətinə məxsusdur. Federal Prokurorluq qərar verib ki, pullar müsadirə olunmalıdır. Əgər bu baş versə, o zaman digərləri üçün də presedent olacaq”, – nəşr bildirib.

“Skay Nyus” telekanalının da verdiyi məlumata görə, Avropa Birliyi gələn həftə Rusiyanın dondurulmuş aktivlərindən necə istifadə edəcəyinə qərar verə bilər.

Teqlər: