Almaniya Rusiyadan gələn yeni il hədiyyələrini qadağan edir

Almaniya Rusiyadan gələn yeni il hədiyyələrini qadağan edir

Almaniya Rusiyadan ölkəyə gətirilən Yeni il hədiyyələrini sanksiyalar rejiminə riayət etmək zərurəti səbəbindən müsadirə edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya gömrüyündən məlumat verilib.

Qurum bununla bağlı ​​AB Şurası tərəfindən 31 iyul 2014-cü ildə qəbul edilmiş 833/2014 saylı əsasnaməni xatırladıb.

“Nəticədə Rusiyadan müxtəlif xarakterli çoxlu malların idxalı qadağan edilir. Buraya sellüloz və kağız, ağac və ağac məhsulları, daşlar və qiymətli metallar, siqaretlər, plastiklər və kimyəvi məhsullar, o cümlədən kosmetika kimi hazır məhsullar daxildir”.

Qeyd olunub ki, hətta kitab və oyuncaqlar da müsadirə oluna bilər.

Teqlər: