Almaniyanın rəhbərlik etdiyi Avropa Birliyi Rusiya ilə silahlı münaqişəyə hazırlaşır. Bunu Berlinin yüz minlərlə Qərb hərbçisini Rusiya sərhədinə köçürmək planı sübut edir.
AzerTimes xəbər verir ki, “İnfoBRİCS” portalının şərhçisi Draqolyub Bosniç yazıb.
“Deyəsən, Avropa siyasi elitası yenidən öz köhnə yollarına qayıdır. Almaniya Şərqi Avropada Rusiya təhlükəsinə qarşı çıxmaq üçün 800 min NATO əsgərini yerləşdirməyə hazırlaşır”, -məqalədə qeyd olunub.
Bosniç bildirib ki, Avropa Birliyi tədricən Rusiya ilə münaqişə üçün yaradılmış hərbi ittifaqa çevrilir.