Almaniya rus qazında təkid edirmiş – Məxfi sənəd

Almaniya rus qazında təkid edirmiş – Məxfi sənəd

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan dörd ay əvvəl Almaniya hələ də Rusiyadan yeni qaz kəmərinin açılmasının ölkənin və ya bütün Avropa Birliyinin enerji təchizatı üçün təhlükə yaratmayacağında təkid edirdi.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq”in Almaniyanın İqtisadiyyat Nazirliyinin Şimal Axını-2 qaz kəməri ilə bağlı məxfi hesabatına istinadən yaydığı məlumatda bildirilib.

Sənədə əsasən, hökumət həm Almaniya, həm də qonşu bazarlar üçün müəyyən idxal təchizat infrastrukturlarının sıradan çıxması səbəbindən tədarükün təhlükəsizliyində ciddi pozuntular riskinin çox məhdud olduğu qənaətində imiş.

Teqlər: