Almaniya hökuməti COVİD-19 pandemiyasının rəsmən başa çatdığını qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə “Tagesşpigel” nəşri məlumat yayıb.
“Dəyərləndirməmə görə, bu qış biz koronavirusun ilk endemik dalğasını yaşayacağıq. Bu o deməkdir ki, pandemiya bitdi”, – deyə bu barədə Berlinin “Şarite” klinikasının virusologiya bölməsinin rəhbəri, federal hökumət yanında koronavirus məsələləri üzrə şuranın üzvü Kristian Drossen deyib.
Onun sözlərinə görə, qışın sonunda COVİD-19-a qarşı immunitet əhali arasında geniş yayılacaq və o qədər güclü olacaq ki, virusun yayda yayılması ehtimalı olmayacaq.