Almaniya Qolodomoru soyqırım kimi tanıdı

Almaniya Qolodomoru soyqırım kimi tanıdı

Almaniya Parlamenti Qolodomoru – 1930-cu illərin əvvəllərində SSRİ-də baş vermiş kütləvi aclığı soyqırım aktı kimi tanıyıb.

AzerTimes xəbər verir ki, qətnamədə Qolodomor insanlığa qarşı cinayət adlandırılıb.

Qeyd olunub ki, baş verənlərə görə Stalinin rəhbərliyi altında Sovet İttifaqının siyasi heyəti məsuliyyət daşıyırdı.
Sənəddə bildirilib ki, təkcə onun taxıl istehsal edən rayonları deyil, bütün Ukrayna aclıq və repressiyalardan əziyyət çəkib.

Kansler Olaf Şoltsun hakim koalisiyasına daxil olan üç partiya – Sosial Demokratlar, Yaşıllar və Azad Demokratlar, eləcə də əsas müxalifətdə olan Xristian Demokratlar və Xristian Sosial İttifaqı Bundestaqda qətnamənin lehinə səs verib.

Teqlər: