Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bu gün Ukraynaya gəlib.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya prezidentinin mətbuat katibi Kerstin Hammelin Tvitter səhifəsində məlumat verib.
“Bizim həmrəyliyimiz sarsılmazdır və belə də qalacaq. Almaniya prezidenti Ştaynmayer Ukraynaya gəlib”, – məlumatda qeyd edilib.