Ukraynada səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Çerniqov vilayətində bir saatdan çox yeraltı sığınacaqda qalmalı olub.
AzerTimes xəbər verir ki, bu barədə prezidenti səfərdə müşayiət edən alman jurnalistlər məlumat veriblər.
Bu barədə məlumatı Çerniqov vilayətinin hərbi administrasiyası da təsdiqləyib.
Bildirilib ki, Ştaynmayer rəsmilərlə görüşü zamanı hava həyəcanı siqnalı səsləndirilib.