Almaniya prezidenti 66 yaşlı Frank-Valter Ştaynmayer və onun
həyat yoldaşı Elke Büdenbender koronavirusa yoluxublar.
Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Almaniya dövlət
başçısının dəftərxanası məlumat yayıb.
Qeyd olunur ki, Frank-Valter Ştaynmayer və xanımı Elke
Büdenbenderin ekspress və PCR testləri müsbət nəticə göstərib.
“Simptomlar yüngüldür”, – məlumatda bildirilib.
Prezident və xanımı dərhal ev karantininə alınıb. Yaxın təmasda
olan hər kəsə məlumat verilib.