Almaniya ordusu müharibəyə hazırlaşır

Almaniya ordusu müharibəyə hazırlaşır

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkə ordusunu müharibə üçün yararlı hala gətirmək üçün yenidən təşkil etmək planlarını açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

“Məqsəd Bundesveri yenidən elə qurmaqdır ki, hətta fövqəladə durumda, müdafiə, müharibə vəziyyətində belə optimal olsun”, – nazir bildirib

Onun sözlərinə görə, Almaniyanın Silahlı Qüvvələri dörd növə – ənənəvi ordu, hərbi dəniz qüvvələri və aviasiya, həmçinin kiber və informasiya məkanında yeni bölməyə bölünəcək. Əməliyyat və dəstək komandaları da fəaliyyət göstərəcək.

Teqlər: