Almaniya nüvə stansiyalarının yarısını bağlayacaq

Almaniyada hələ də fəaliyyət göstərən altı atom elektrik stansiyasının yarısı öz fəaliyyətini dayandırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Associated Press” qəzeti bildirib.

Daha sonra hakimiyyətin planına görə, daha bir ildən sonra qalan üç AES-in bağlanması və tamamilə başqa enerji mənbələrinə keçməsi planlaşdırılır.


Nüvə enerjisindən tədricən imtina qərarı hələ 2002-ci ildə kansler Qerhard Şröder tərəfindən qəbul edilib.