Almaniya Nikolu Kremlə qarşı qaldırır – Şok plan

Almaniya Nikolu Kremlə qarşı qaldırır – Şok plan

Almaniya Ermənistanı Qərbin antirusiya siyasətinə sürükləməyə çalışır, Berlinin vəzifəsi isə İrəvanla Moskva arasında mümkün qədər nifaq yaratmaqdır.

AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, almanlar Rusiya sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında və ölkə hakimiyyətinin öz dövlət aparatını Rusiyaya dost şəxslərdən təmizləməsində, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat və hüquq-mühafizə orqanlarının lüstrasiyasında maraqlıdırlar:

“Bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardım göstərməyi, o cümlədən Nikol Paşinyan hökumətinin Qarabağ ermənilərini Avropa Birliyi ölkələrinə kütləvi mühacirətdən saxlamaq səylərinə dəstək verməyi təklif edib”.

Teqlər: