Almaniya nə qədər ukraynalı qaçqın qəbul edib?

Almaniya nə qədər ukraynalı qaçqın qəbul edib?

Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan Almaniya artıq əksəriyyəti qadın və uşaq olmaqla 850 mindən çox ukraynalı qaçqını qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fezer deyib.

Almaniyanın Yaxın Şərqdəki müharibədən qaçanlarla müqayisədə Avropadan qaçqınları daha yaxşı qəbul etməsinə dair tənqidlər fonunda Fezer qeyd edib ki, ölkə həqiqətən də 2015-ci illə müqayisədə proseduru təkmilləşdirib:

“Biz 2015-ci ildəki son böyük qaçqın hərəkatı zamanı etdiyimizdən daha çox iş görmüşük. İnanılmaz sayda vətəndaş ukraynalıları qəbul etmək üçün hökumətin səylərinə qoşulub”.

Teqlər: