Almaniya nə vaxtsa müdafiə müharibəsi aparmalı olacağını istisna edə bilməz və buna görə də öz təhlükəsizliyinə və silahlarına sərmayə qoymalıdır.
AzerTimes xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələrinin baş inspektoru Karsten Broyer deyib.
“2022-ci ildən əvvəl olduğumuz yerə qayıda bilməyəcəyik. Biz əvvəlcə nə vaxtsa müdafiə müharibəsi aparmalı olacağımız fikrinə alışmalıyıq. Təkcə hərbi qulluqçular deyil, həm də cəmiyyət bunun zəruriliyini dərk etməlidir”, – Broyer bildirib.